Accessibility links

Suriya müxalifəti "Milli Şura" yaratdı


Suriya müxalifəti "Milli Şura" yaratdı

Suriya müxalifəti "Milli Şura" yaratdı

Suriyada minlərlə nümayişçi president Bəşar Əl-Əsədi lənətləyərək etiraz aksiyası keçirdiyi bir vaxt təhlükəsizlik qüvvələri 8 nəfəri qətlə yetirib.

Bu arada ölkə müxalifəti prezidenti devirmək üçün səyləri koordinasiya etmək məqsədi ilə “Milli Şura” yaradıb. Fəallar deyir ki, qrupun yaradılmasını bu gün Türkiyə bəyan edib, ancaq onlar qrupun fəaliyyəti barədə detallara varmayıb.

Bununla yanaşı, ABŞ səfiri Robert Ford Suriyanın Casssem şəhərinə gözlənilməz səfər edib. Bu şəhərdə təhlükəsizlik qüvvələri müxalif fikirlilərə qarşı bir neçə qanlı hücumlar həyata keçirib.

Cənab Ford Dəraa regionundakı şəhərə bu gün gedib.

Associated Pressin məlumatına görə, səfəri üçün Suriyadan icazə alıb.

XS
SM
MD
LG