Accessibility links

Suriya müxalifəti nümayişlərə çağırır


Suriya müxalifəti nümayişlərə çağırır

Suriya müxalifəti nümayişlərə çağırır

Suriya fəalları bu gün silahlı qrup olan Azad Suriya Ordusuna dəsktək məqsədi ilə ölkəboyu kütləvi etiraz aksiyalarına çağırıb.

Bu çağırış müxalifət lideri Burhan Qalyounun yaraqlıları lideri polkovnik Riad Əl-Əsədlə görüşündən bir gün sonra səslənib. Məlumata görə, iki lider hazırki vəziyyəti və ordudan üz döndərənlərdən ibarət qrupun ehtiyaclarını müzakirə edib.

Böyük Britaniyada yerləşən Surayada İnsan Haqlarını Müşahidə təşkilatından Musab Əzzavi Amerikanın səsinə bildirib ki, müşahidəçilərin tezliklə Suriyanı tərk etməsi gözlənilir.

Dekabrın 26-dan bəri xarici müşahidəçilər ölkədə fəaliyyət göstərir. Onlar prezident Bəşar Əl-Əsədin Ərəb Liqası çərçivəsində götürdüyü öhdəliklərə əməl etməsinə nəzarət edir. Keçən il əldə olunan razılığa görə, ölkədə nümayişçilərə qarşı zorakılığa son qoyulmalıdır.

XS
SM
MD
LG