Accessibility links

Suriya müxalifəti 3 neft quyusunda yanğın törədib. Yanğın 5 min barrellik gündəlik neft və 52 min kub metr qaz hasilatını dayandırıb.

SANA xəbər agentliyinin məlumatına görə, Deir Əl-Zor vilayətində baş verən yanğın rəqib qüvvələrin nəzarəti altında olan bölgələrinə ziyan vurub.

Suriyanın Furat Neft Korporasiyası yanğınla mübarizə aparır. Bölgədəki 9 neft quyusundan 3-ü yandırılıb, qalanları isə yanğının təsirindən alovlanıb.

Avropa Birliyinin iki il əvvəl Suriya prezidenti Bəşar Əl-Əsədin nümayişçilərə divan tutmasından sonra tətbiq etdiyi iqtisadi sanksiyalar Suriyanın neft ixracına ciddi təsir göstərib. Əsəd hökuməti daxili enerji tələbatını qarşılaya bilmir.

Yanğınlara baxmayaraq bəzi sahələrdə neft istehsalının davam etdiriləcəyi deyilir.
XS
SM
MD
LG