Accessibility links

Suriya-növbəti addımlar [VİDEO]


Suriya-növbəti addımlar
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Obama administrasiyasının Suriya ilə bağlı daha ciddi siyasət yürütməyə meyl göstərməməsi ilə belə görünür, ABŞ Dövlət Departamentində bununla bağlı daxili narazılıqlar davam edəcək. Dövlət Departamentinin daxili yazışmalarında 51 diplomatın ABŞ-ın Suriyada Əsəd rejiminə qarşı hərbi hava hücumları da daxil olmaqla daha qəti siyasət yürütməsinə çağırdığı göstərilir.

Obama administrasiyası hökumət qüvvələri və üsyançılar arasında döyüşlərin davam etdiyi və 10 milyondan artıq insanın məcburi köçkün olması nəticəsində humanitar böhranın mövcud olduğu Suriyada əsas məqsədə nail olunmadığını etiraf etsə də, daha ciddi hərbi siyasətin yeridiləcəyi gözlənilmir.

AĞ Evin sözçüsü Coş Ernest:

“Birləşmiş Ştatlar Suriya daxilində problemlərin hərbi yolla həllinə çalışmaqla uğur əldə edə bilməyəcək, heç kəs buna nail olmayacaq.”

Təhlilçilər deyir ki, bunun nəticəsində Suriya siyasəti ilə bağlı administrasiya daxilində narazılıqlar belə görünür, növbəti prezidentə də şamil olacaq.

Faysal İtani, Atlantik Şuranın təhlilçisi:

“Bu, Suriya problemi ilə əlaqədar miras qalacaq bir məsələdir. Suriyanın özü, qaçqın məsələsi, eləcə də regional müttəfiqlər və onlarla ittifaq məsələlərində də təzyiq göstəriləcək.”

Bu məsələlərin həllini tapmaması ABŞ-ın Suriyada vətəndaş müharibəsində bəzi müttəfiqlərinin dəyişiklik haqda çağırışlarına səbəb olub.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cubeyr:

“Biz Suriyada hərbi yanaşma da daxil olmaqla, daha sərt, daha ciddi yanaşmaya dəstək veririk.”

Türkiyə, Qətər, İordaniya və Birləşmiş Ərəb Əmirliklərində təhlilçilər daha sərt hərbi yanaşmanın tərəfdarıdır.

Faysal İtani, Atlantik Şuranın təhlilçisi:

“Bu ölkələr, xüsisilə də İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi neytral ölkələrin öz mövqelərini saxlaması onunla bağlıdır ki, onlar Birləşmiş Ştatların belə rol oynamayacağını gözləyirdi.”

Lakin başqaları deyir ki, ABŞ-ın növbəti prezidenti ictimai rəyi nəzərə alsa, Birləşmiş Ştatların Suriyada siyasi keçidin təmin edilməsi prosesini sürətləndirməsi əsas məqsəd olmaya bilər.

Daniyel Server, SAİS

“Amerika ictimaiyyətini Suriya məsələsi məşğul etmir. Onlar İŞİD məsələsi ilə maraqlanır.

Daniyel Server deyir ki, nə respublikaçıların ehtimali namizədi Donald Tramp, nə də demokratların ehtimali namizədi Hillari Klinton Suriya siyasətinin aydın konturlarını göstərməyib. Lakin onların hər ikisi müharibənin və İŞİD-ə qarşı mübarizənin gedişi ilə bağlı narazılıqlarını ifadə edib.

XS
SM
MD
LG