Accessibility links

Fəallar Əl-Qaidə ilə əlaqədar Nusra Cəbhəsinin Suriyanın şimal-qərbində hərbi bazanı ələ keçirdiyini bildirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, bazar ertəsi Cund Əl Aqsa adlı qrupun yaraqlıları Nusra qrupuna İdlib vilayətində Vadi Deif bazasını ələ keçirməyə yardım edib.

Müxalifət qüvvələri 2012-ci ildən bəri bir neçə dəfə bazanı ələ keçirib. Baza Suriyada Hələb, Həma və Homs şəhərlərini paytaxt Dəməşqlə birləşdirən əsas şimal-cənub şosesindən bir kilometr məsafədə yerləşir.

SANA xəbər agentliyi Suriya hökumət qüvvələrinin baza yaxınlığında bir neçə terrorçunu öldürdükləri haqda məlumat yayıb.

Bəşər Əsəd hökuməti müxalifət döyüşçülərini bir qayda olaraq "terrorçu" adlandırır.

XS
SM
MD
LG