Accessibility links

Suriya könüllüləri döyüşlərə cəlb edə biləcəkmi?


Könüllülər batalyonu

Rəqib qüvvələr və İslam Dövləti qrupu yaraqlılarına qarşı mübarizəsinin ağırlaşması ilə Suriya ordusu könüllülərdən ibarət briqada yaratmağa çalışır.

Suriya vətəndaş müharibəsinin dinamikasını yaxından izləyən müşahidəçi Xurşud Alikanın dediyinə görə, Suriya rejiminin insan gücünə ehtiyacı var. O, xüsusilə Hələb, Dəməşq və Hamada əsgər gücünün tükəndiyini bildirir.

Suriyanın dövlət televiziyası ilə çıxışları zamanı ordu rəsmiləri yeni birləşmənin ordu və onun müttəfiqləri ilə çiyin-çiyinə döyüşəcəyini deyib.

Suriya Ərəb Respublikasının bəyanatında deyilir ki, qərar hadisələrin cəld inkişafı və insanların terrorizmə son qoyulması istəyi ilə verilib.

Könüllülərin 5-ci hücum korpusu sıralarına 18 yaşından yuxarı, hərbi xidmətdə və fərari olmayan kişi və qadınlar cəlb ediləcək.

Əsgər sayının azalması

5 milyondan artıq qaçqının xaricdə olması, 6.6 milyon insanın didərgin düşməsi könüllülərin sayına ciddi təsir göstərib.

Siriyada artıq 18 yaşından yuxarı hər bir kəs məcburi hərbi xidmətə cəlb edilib. Minlərlə gənc ordu sıralarından qaçıb.

300 min əsgəri qüvvədən ibarət Suriya ordusu və onun ehtiyatda olan 400 min üzvünün demək olar ki, hamısı döyüşlərə qatılıb.

Könüllülərə 200-lə 350 dollar aylıq maaş müqabilində xidmət təklif edilir.

Xarici könüllülər

İran da müsəlmanların müdafiəsi məqsədi ilə xususi birləşmə yaradıldığını bildirib.

İranın İnqilab Qvardiyasının general-mayoru Əli Cəfəri xüsusi birləşmənin Suriya ərazisində döyüşlərdə iştirak edəcəyini bəyan edib.

Təhlilçilər İran rəsmisinin 2012-ci ildən 1000-dən artıq əsgərin Suriya müharibəsində həlak olduğuna dair bəyanatına skeptik münasibət bildirir.

Belə ki, hələ 4 ay əvvəl İslam Respublikası bu göstəricinin 400 olduğunu bəyan etmişdi.

Tehranlı siyasi şərhçi Möhsen Şemirani deyib ki, ölənlər arasında İrana müttəfiq qüvvələr sırasında döyüşən əfqan və pakistanlılar da ola bilər.

İran ö ölkədə yaşayan minlərlə əfqanı Hezbulla qüvvələri sırasında döyüşmək üçün Suriyaya yollayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG