Accessibility links

Suriya ordu komandanlığı ölkədəki üsyançı qrupun ABŞ-Rusiya danışıqları nəticəsində əldə olunmuş atəşkəs razılığına məhəl qoymadığını bildirərək sazişin sona çatdığını bildirib.

Suriya ordusunun verdiyi məlumata görə, "silahlı terrorçu qrup" adlandırdığı üsyançılar ötən həftə qüvvəyə minən atəşkəsi dəfələrlə pozub və bundan silahlanmaq, hökumət binalarına hücum etmək üçün istifadə edib. Bəyanatda deyilir ki, üsyançılar ölkədəki müharibəyə son qoymaq üçün real fürsəti boşa xərcləyiblər.

Fəallar və üsyançı qruplar isə öz növbəsində hökuməti atəşkəsi pozmaqda ittiham edib.

BMT fövqəladə yardım koordinatorunun sözlərinə görə, o, Hələb şəhərin yardım konvoylarının çatmamasına çox məyus olub.Şəhərdə 275 mindən çox insanın ərzaq, su və tibbi ləvazimat ehtiyacı içərisində olduğu bildirilir.

BMT bildirib ki, Suriya hökuməti sazişin ən mühüm bəndi olan yardımın çatdırılmasına ciddi maneələr törədib.

BMT fövqəladə yardım koordinatorunun sözlərinə görə, o, Hələb şəhərin yardım konvoylarının çatmamasına çox məyus olub.Şəhərdə 275 mindən çox insanın ərzaq, su və tibbi ləvazimat ehtiyacı içərisində olduğu bildirilir.

ABŞ dövlət katibi Con Kerri bu gün BMT Baş Assambleyasında bildirib ki, yardımın Suriyada 8-dən artıq bölgəyə bu gün çatması gözlənilir.

XS
SM
MD
LG