Accessibility links

Suriya ordusu tərəfindən daha 22 nümayişçi öldürülüb

  • Amerikanın səsi

Suriya ordusu tərəfindən daha 22 nümayişçi öldürülüb

Suriya ordusu tərəfindən daha 22 nümayişçi öldürülüb

Suriyada keçirilən yürüş zamanı təhlükəsizlik qüvvələri tərəfindən 22 adam öldürülüb. Suriyanın dövlət televiziyasının məlumatına görə, bu gün ordu Türkiyə sərhədləri yaxınlığındakı Cist Əl-Şuqor şəhərində “asayişi bərpa” etməyə başlayıb. Xəbərdə şəhərin sakinlərinin tələbi ilə qoşunların həmin şəhərə yeridildiyi bildirilir. Bu həftənin əvvəllərində hökumət ”silahlı qanqsterlər” adlandırdığı 120 əsgəri öldürüb. Onlar mülki əhaliyə atəş açmaqdan imtina edənlər və ya ordunu tərk edən əsgərlərdir. 50 min sakini olan bu şəhəri insanlar tərk edib. Onların çoxu Türkiyə ərazisinə keçib.

Hazırda Sərhəd bölgəsində olan jurnalist Əhməd Səhər vəziyyətlə bağlı Amerikanın səsinə bildirib ki, 3 minə yaxın qaçqın artıq çadırlara yerləşdirilib və onlara lazımi yardım göstərilir.Türkiyənin sərhədlərini açıq saxlayacağını elan etdiyi bəllidir. Bəs Suriya tərəfi necə, qaçqın axınına mane olurmu?

Əhməd Səhər qaçqınların sərhəd məntələri deyil, digər yerlərdən Türkiyəyə daxil olduğunu deyir. Suriyanın təhlükəsizlik qüvvələrinə rast gələnlər isə yerindəcə güllələnir.

Türkiyənin Barış və Demokratiya partiyasının sədri Mehmet İnsan qaçqınlara yardım edilməsinin vacibliyini vurğulayır.Qaçqın axını humanitar böhrana yol açarmı? sulalının cavabında Barış və Demokratiya partiyasının sədri Mehmet İnsan düşünmədiyini bildirib.

Eyni zamanda demokratiya tərəfdarları Bəşar Əl-Əsəd hökuməti əleyhinə yeni nümayişlərə səsləyir. İnsan hüquqları müdafiəçiləri Suriyada iğtişaşlar nəticəsində 1100 adamın öldürülüdüyünü bildirir.

XS
SM
MD
LG