Accessibility links

Pakistan Talibanı Suriyaya döyüşçü göndərdiyini iddia edir


Pakistanın XİN Talibanın Suriyaya döyüşçü göndərdiyinə dair iddiaları rədd edib.

Pakistanlı Taliban komandirləri Suriyada düşərgələri olduqlarını iddia edir. Onlar Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı döyüşmək üçün bu düşərgələrə yüzlərlə döyüşçü göndərdiklərini deyib.

Pakistanın "Təhriki Taliban" qrupunun baş komandirləri Suriyadakı üsyançıları Talibanın müsəlman qardaşları və ərəb dostları adlandırıb. Komandirlərdən biri
pakistanlı Talibanların Suriyadakı qələbələrini göstərən videoları yayacağına söz verib.

Bu, xaricdən Suriyaya şiə müsəlmanlarına qarşı döyüşmək üçün gedən sünni döyüşçülər haqda ilk xəbər deyil.

ABŞ Əsəd hökümətinə qarşı döyüşən üsyançıların silahla təmin edilməsini planlaşdırır. Ancaq xarici döyüşçülərin Suriyaya axını ABŞ-ın üsyançılara yardım səylərini çətinləşdirir.

Lakin Pakistanlı Taliban kommandirlərindən biri Suriyada düşərgələrin yaradılması haqda xəbərləri inkar edib. O, Fransa xəbər agentliyinə bildirib ki, Suriyaya gedən militanlar çox az sayıdadır və onların çoxu ərəb və Orta Asiyadan olan döyüşçülərdir.
XS
SM
MD
LG