Accessibility links

BMT bildirib ki, peyk vasitəsi ilə əldə edilən foto şəkillər Suriyanın tarixi Palmira şəhərində daha bir qədim məbədin İSİD yaraqlıları tərəfindən partladıldığını təsdiq edir.

BMT-nin agentliyi Bel məbədinin avqustun 27-i çəkilmiş foto şəkillərini açıqlayıb. Suriyanı müşahidə qrupunun məbədin partladıldığı barədə xəbər verməsindən sonra əldə edilən foto şəkillərdə də məbədin həqiqətən dağıldığı göstərilir.

Lakin Suriyanın qədim abidələrin mühafizəsi üzrə direktoru Mamun Əbdülkərim məbədin bir hissəsinin hələ də toxunulmaz qaldığına inandığını deyib.

O, ərazidə güclü partlayışın törədildiyini, lakin məbədin tamamilə dağılıb-dağılmadığını təsdiqləmək üçün əraziyə heç kimin yaxın düşə bilmədiyini bildirib.

Bel məbədinin təxminən 2000 yaşı var və suriyalılar onu ölkənin ən mühüm dini ziyarətgahlarından biri hesab edir.

Ötən həftə İŞİD Palmirada Baal Şamin adlı daha bir məbədi məhv etdiyini nümayiş etdirən fotolar şəkilləri social mediada yerləşdirib. BMT bu aktı müharibə cinayəti adlandırıb.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müdafiə qrupu bildirib ki, iki həftə əvvəl İŞİD Palmiranın abidələrin mühafizəsi üzrə sabiq direktoru Xalid Əsədin başını kəsmiş və onun bədənini ictimayyətə nümayiş etdirmişdir.

Lakin müşahidəçilər İŞİD-in bir çox qədim mədəniyyət nümunələrini maliyyə toplamaq üçün satdığını deyir. Onlar yaraqlıların məbədin saxta kompiyalarını dağıdıb bunun şəkillərini paylaşaraq, gerçək kimi qələmə verdiyini bildirir.

XS
SM
MD
LG