Accessibility links

Suriya: Palmiranın ələ keçirilməsi İŞİD-ə qarşı əməliyyatların başlanğıc nöqtəsidir


Suriya hərb rəsmiləri bildirir ki, Palmira şəhərinin yenidən ələ keçirilməsi İslam Dövləti qrupuna qarşı geniş-miqyaslı əməliyyatların başlama nöqtəsi olacaq.

Rusiya hava hücumlarının dəstəyilə Suriya hərbi qüvvələri Palmira ərazisini 10 aydan sonra geri ala biliblər. Ərazidə 2000 il bundan əvvəl tikilmiş abidələr militant qrupun hücumları vaxtı zərər görmüşdü.

İŞİD terrorçuları təkcə insanları qəddarlıqla öldürmür, onlar həm də bəşər sivilizasiyasının bizə miras qoyub getdiyi tarixi abidələri hədəf alırlar.

Britaniyada yerləşən Suriya İnsan Haqları qrupunun məlumatına əsasən əməliyyat zamanı 400 militant və 180 hökumət əsgəri həlak olub.

Prezident Bəşər Əl-Əsəd əməliyyatı mühüm nailiyyət və Suriya ordusunun və onun müttəfiqlərinin terrorizmə qarşı mübarizədə effektivliyinin sübutu adlandırıb.

Dövlət xəbər agentliyi bildirir ki, ekspertlər yaxın günlərdə Palmira ərazisində militantlar tərəfindən zərər görmüş abidələri nəzərdən keçirəcək. Militantlar bu abidələri İslama zidd hesab etdikləri üçün dağıdıblar.

Antikvar abidələr üzrə məsul rəsmi Məmun Əbdülkərim İslam Dövləti qrupunun dağıtdığı Zəfər Tağı və Baalşamin məbədlərinin yenidən bərpa olunacağını vurğulayıb. O, Roma erasına aid digər abidələrin yaxşı vəziyyətdə olduğunu əlavə edib.

XS
SM
MD
LG