Accessibility links

BMT rəsmisi Suriyadakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə müraciət edib


Paulo Pinheiro bildirib ki, dünya sülhə nail olmaq üçün heç bir şey etmir

BMT-nin Suriya üzrə təhqiqat komissiyasının sədri bildirib ki, Suriyada vəziyyət acınacaqlı və çıxılmaz vəziyyətdədir. O, dörd ildir müharibəyə səhnə olan bu ölkədə münaqişənin siyasi yolla həlli istiqamətində heç bir addım atılmadığını deyib.

The Guardian qəzetində dərc edilən məqaləsində Paulo Pinheiro yazır kı, Suriyanın vətəndaş müharibəsi nəticəsində 4 milyon insan qaçqın düşüb, 7.6 milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətində yaşayır. Suriyada məktəblər və xəstəxanalar sıradan çıxarılıb.

Münaqişə mart 2011-ci ildə prezident Bəşər Əsəd hökumətinə qarşı dinc etirazdan sonra vüsət alıb.

Üsyançılar, hökumət qüvvələri və İslam Dövləti arasında vətəndaş müharibəsi aparılır. Bu günə qədər 220 000-dən çox insan həlak olub.

Pinherio qeyd edir ki, bu müharibə nə din, nə etnik mənsubiyyət, nə də ki, cinsiyyət tanıyır.

Xristianlar, druzlar, saysız-hesabsız digər Suriya icmaları, kürdlər, fələstinlilər, sünni və şiələr müharibənin qurbanı olub.

BMT-nin vasitəçliyi ilə Cenevrədə keçirilən iki sülh danışıqlarından hələ ki, müəyyən bir nəticə əldə edilməyib.

Pinheiro bildirib ki, dünya “şəfqət ifadələrindən" başqa sülhə nail olmaq üçün heç bir şey etmir.

O, suriyalıların Avropaya qaçanması və xaricindən döyüşçülərin yaraqlıların sıralarına cəlb edilməsinə diqqət yetirilməsinə çağırıb.

XS
SM
MD
LG