Accessibility links

NATO bildirir ki, Suriyada potensial roket hücumlarının qarşısını almaq üçün Türkiyəyə göndərilən 6 ədəd raketdən müdafiə batareyası istifadəyə hazırdır.

Alyansın məlumat görə Patriot raket batareyaları cənubdakı Adana şəhərində "hazır" vəziyyətə gətirilib. İlk batareya Hollandiyaya məxsusdur.

Hollandiya və ABŞ hərəsinə 2 ədəd olmaqla ümumi4 ABŞ istehsalı Patriot göndərib. NAYO yerdə qalan digər batareyaların da qarşıdakı bir neçə gün ərzində hazır vəziyyətə gətirilməsini planlaşdırır.

Prezident Bəşar Əl-Əsəd hökuməti NATO-nun sərhəddə Patriotları yerləşdirməsini provokasiya kimi qiymətləndirir.

Dünən Qolan yüksəkliyinin Suriyanın nəzarətində olan hissəsində iki bomba partlayışı 8 nəfərin həyatına son qoyub.
XS
SM
MD
LG