Accessibility links

Suriyalı fəallar deyirlər ki, üsyançılar İordaniya sərhədinə yaxın strateji qəsəbəni ələ keçiriblər. Müxalifət cənubda əməliyyatların miqyasını genişləndirir.

Britanyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu bildirir ki, üsyançılar 24 saat davam edən mübarizə nəticəsində hökümət qüvvələrini Dara vilayətinin Dael qəsəbəsindən vurub çıxarıb. Təxminən 16 üsyançı və bir çox hökümət əsgəri döyüş zamanı həlak olub.

Dael qəsəbəsi paytaxt Dəməşqə çıxış üçün əsas strateji nöqtə sayılır. Müşahidəçilər həmçinin döyüşlərin Qabun və Yarmuk qəsəbələri daxil olmaqla paytaxtı əhatə edən digər ərazilərdə də baş verdiyini deyirlər.

Döyüşlər minamyot atəşi nəticəsində Dəməşq Universitetində 15 tələbənin ölümündən sonra başlayıb. Dövlət xəbər agentliyi hücuma görə müxalifəti təqsirləndirir. Müxalifət fəalları həmçinin bombalı hücumun baş verdiyini xəbər verib ancaq bunun hansı tərəfin törətdiyi haqda heç nə bildirməyiblər.

70,000 insanın ölümünə səbəb olmuş və iki ildir davam edən vətandaş müharibəsi ilk olaraq Bəşar əl-Əsəd hakimiyyətinə qarşı dinc nümayişlərlə başlamışdı.
XS
SM
MD
LG