Accessibility links

Türkiyədəki militantlarla təmasda olan suriyalı kürd qruplaşması islamçı döyüşçülərlə günlərlə davam edən toqquşmalardan sonra Türkiyə ilə sərhəddə yerləşən qəsəbəyə nəzarəti ələ keçirib.

Suriyalı fəallar və Türkiyə ordusu Demokratik Birlik Partiyasından olan suriyalı kürd döyüşçülərin Ras əl-Ayn və yaxınlıqdakı ərazilərdən əl-Qaida ilə əlaqəli Cəbhət əl-Nusraya mənsub ərəb döyüşçülərini çıxardıqlarını təsdiq ediblər. Hal-hazırda qəsəbədə döyüşlər səngiyib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları təşkilatı əl-Nusra döyüşçülərinin kürd patruluna hücumu nəticəsində 29 nəfərin öldüyünü deyib.

Təşkilat döyüşlərin Ras əl-Ayn qəsəbəsinin 200 km şərqinə, neft yataqları ilə zəngin Hassakeh kürd vilayətinə yayıldığını bildirib.

Türkiyə ordusunun açıqladığı bəyanatda PYD adlanan Demokratik Birlik Partiyası separatçı terrorist təşkilatı adlandırılib. PYD Suriyada kürdlər üçün muxtariyyat tələb edir.

Türkiyə qonşu Suriyada baş verən hadisələri yaxından izləyir və Ankaranın PKK ilə sülh prosesi istiqamətində danışıqlar apardığı zaman cənubda kürd qruplaşmaların artan gücünün Türkiyədə PKK militanlarının güclənməsinə təsir göstərəcəyindən narahatdır.
XS
SM
MD
LG