Accessibility links

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, rəqib döyüşçülərin polis postuna hücumu nəticəsində 7 adam həlak olub. Atışma zamanı 3 döyüşçü və 4 polis işçisi öldürülüb.

Suriya prezidenti Əsədə sadiq qüvvələr son günlər Dəməşq ətrafında rəqib döyüşçülərə qarşı hücumları intensivləşdirib.

Hələb şəhərində isə maşına yerləşdirilmiş bomba partlayışı 12 əsgərin ölümünə yol açıb.

Bu arada, Livanın təhlükəsizilik rəsmiləri Suriya müxalifəti ilə müttəfiqlik edən sünni ruhaninin tərəfdarları ilə atışma zamanı bir Livan əsgərinin ğöldürüldüyünü bildirib.

Suriyanın vətəndaş müharibəsi Livan və Türkiyə kimi qonşu ölkələrə də yayılıb.
XS
SM
MD
LG