Accessibility links

Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları və əleyhdarları yürüş keçirib


Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları və əleyhdarları yürüş keçirib
Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları və əleyhdarları yürüş keçirib

Bu gün Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları yürüş keçirib. Yürüş prezidentin ölkədəki iğtişaları sabotaj adlandırması və siyasi islahatlar vəd etməsindən bir gün sonraya təsadüf edir. Paytaxt Dəməşqdə toplaşan nümayişçilər bayraqlar və Əsədin şəkillərini qaldırıb. Hökumət əleyhinə aksiyalar da bu gün davam edib. Rejimin opponentləri ilə hökumətin əleyhinə olanlar arasında baş verən toqquşma nəticəsində 7 adam həlak olub. Bü gün Əl-Əsədin amnistiya fərmanı verdiyi də bildirilib. Bütün bunlar Suriyanın dövlət baçısının 70 dəqiqəlik televiziya çıxışından sonra baş verib.

Suriya prezidenti Bəşar Əl-Əsəd deyib ki, vandalizm ölkədə islahatları imkansız edə bilər. Prezident sabitlik olmadan heç bir inkişafa nail olunmayacağını bildirib. Əl-Əsəd Suriyanın konstitusiyasında islahatlar aparılması üçün xüsusi komitə təsis etdiyini deyib. Suriyanın dövlət başçısı bildirib ki, ölkənin üzləşə biləcəyi ən qorxulu şey iqtisadiyyatın zəifləməsi və ya dağılmasıdır.Prezidentin çıxışından dərhal sonra nümayişə çıxan insanlar onu yalançı adlandıraraq, istefasını tələb ediblər.

XS
SM
MD
LG