Accessibility links

Suriyanın Lakatiya şəhərində nümayişçilər atəşə tutulub


Suriyanın Lakatiya şəhərində nümayişçilər atəşə tutulub
Suriyanın Lakatiya şəhərində nümayişçilər atəşə tutulub

Suriyanın təhlükəsizlik qüvvələri prezident Bəşər Əl-Əssədin çıxışından sonra keçirilən nümayişi dağıdıb. Lakatiya şəhərində nümayişçilər atəşə tutulub. Aksiya iştirakçıları "azadlıq" şüarı səsləndirib. Suriya prezidenti Bəşər əl-Əssəd bu gün xalqa müraciəti zamanı ölkəsində baş verənlərə görə xariciləri və sosial medianı günahlandırıb. Ölkəyə 11 il başçılıq edən Əssədin çıxışı müxalifətin ölümlə nəticələnən nümayişlərindən sonraya təsadüf edir. Etirazların ən çox vüssət aldığı məkan ölkənin cənub şəhəri Dera olub.

Parlament zalında çıxış edən prezident öz nitqində etirazçıların tələblərinə əsasən hökumətinin maaşların artırılması və kabinetin dəyişməsi kimi bəzi islahatlar həyata keçirəcəyini deyib. Prezident Əsəd 50 ildir qüvvədə olan, siyasi azadlıqlara sərt məhdudiyyətlər qoyan, nümayiş keçirilməsini qadağan edən fövqəladə vəziyyət haqqında qanun barədə bir neçə söz desə də müxalifətin gözləntilərinin əksinə olaraq həmin qanunun ləğvi barədə heç nə deməyib.

Bəşər əl-Əssədin xalqa müraciəti Nazirlər Kabinetinin istefasından bir gün sonraya təsadüf edir. Baş naziri Naji Əl-Otari olan kabinet dünən istefa verib və yeni kabinetin bu yaxınlarda təşkil olunacağı deyilir.

XS
SM
MD
LG