Accessibility links

Bəşar Əl-Əsəd ABŞ-la dialoqa açıqdır


Suriya prezidenti dialoqun qarşılıqlı ehtirama əsaslanmasının vacibliyini önə çəkib

Suriya prezidenti Bəşar Əl-Əsəd Birləşmiş Ştatlarla açıq dialoq aparmağa açıq olacağını deyib, lakin bu dialoqun qarşılıqlı hörmət əsasında olmasının vacibliyini vurğulayıb.

CBS-a müsahibəsində cənab Əsəd ABŞ dövlət katibi Con Kerrinin “ABŞ Suriyadakı vətəndaş müharibəsinə son qoymağa vasitəçilik etmək üçün Suriya prezidenti ilə danışıqlar aparmalıdır” şərhini cavablandırıb.

Əsəd bildirib ki, bu, sadəcə bir bəyanatdır və ABŞ-ın Suriyadakı böhranla bağlı heç bir konkret addım atmayıb. Prinsip etibarı ilə isə o, “hər bir dialoq müsbət bir haldır və biz Amerika Birləşmiş Ştatları da daxil olmaqla, hər bir kəslə qarşılıqlı hörmət əsasında dialoqa açığıq” deyib.

Suriya lideri hazırda ABŞ və Suriya hökümətləri arasında heç bir danışıqların olmadığını deyib. Hər iki ölkə ötən il diplomatik münasibətləri dayandırıblar.

Obama administrasiyası uzun zamandır Suriya münaqişəsinin danışıqlar yolu ilə siyasi həllini tapmaq istəyir.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu münaqişə zamanı 210 mindən çox insanın həlak olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG