Accessibility links

Suriya prezidenti Misir və Tunisdə nümayişlərin Yaxın Şərqdə yeni eranın başlanğıcı olduğunu hesab edir


Suriya prezidenti Misir və Tunisdə nümayişlərin Yaxın Şərqdə yeni eranın başlanğıcı olduğunu hesab edir

Suriya prezidenti Misir və Tunisdə nümayişlərin Yaxın Şərqdə yeni eranın başlanğıcı olduğunu hesab edir

Prezident Suriyada vəziyyətin sabit olduğunu və ölkə liderlərinin insanlara yaxın olmasının vacibliyini vurğulayıb

Suriya prezidenti Bəşar əl-Əsəd ABŞ-ın qəzetinə müsahibədə Misir və Tunisdə baş verən etiraz nümayişlərinin Yaxın Şərqdə yeni eranın başlanğıcı olduğunu bildirib.

Bazar ertəsi `Wall Street` jurnalında nəşr edilən müsahibədə Cənab Əsəd deyib ki, ərəb hökumətləri insanlarının siyasi və iqtisadi arzularını təmin etməlidir. Prezident Suriyada vəziyyətin sabit olduğunu və ölkə liderlərinin insanlara yaxın olmasının vacibliyini vurğulayıb.

O deyib ki, hökumətlə vətəndaşlar arasında fikir ayrılığı iğtişaşlara səbəb olur. O eyni zamanda, hakimiyyətə gəldiyi dövrdə Suriyada siyasi islahatların onun ehtimal etdiyi kimi tez baş vermədiyini bildirib.Suriya prezidenti bələdiyyə seçkiləri keçirmək, qeyri-hökumət təşkilatlarını gücləndirmək və mətbuat sahəsində yeni qanunlar hazırlamaq üçün bu il siyasi islahatların aparılmasını planlaşdırır.

Cənab Əsəd 2000-ci ildə atasının ölümündən sonra onu hakimiyyətdə əvəz edib. Prezident Hafiz əl-Əsəd Suriyanı 30 il idarə edib.

XS
SM
MD
LG