Accessibility links

Suriyalı qaçqınlar Türkiyədə həyat qurmağa çalışır [Video]


Qaçqınların çoxu Akçakale şəhərində məskunlaşıb

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bildirir ki, kürd döyüşçüləri Suriyanın şimalında yerləşən Kobani şəhərindən İslam Dövləti militantlarını çıxardıqdan sonra Kobanidən 65 kilometr uzaqlıqda yerləşən Tal Abyad şəhərini ələ keçirməyi planlaşdırırlar. Lakin Türkiyənin Akçakale şəhərinin sərhədində yerləşən qaçqınlar bununla bağlı heç bir şey bilmədiklərini və həyatlarına davam etməyə çalışdıqlarını deyirlər.

Burdakı suriyalılar kasıbdırlar. Onlara kömək lazımdır. Onlar çoxdular və biz onlara kömək etməliyik

Bura Türkiyənin cənub-şərqində yerləşən Akçakale şəhəridir. Suriya qaçqınları yol kəsiyində gözləyib iş axtarırlar. Qaçqınların heç biri əsl adından istifadə etmir. Həsən burada yaşayır, amma ailəsi sərhədin o biri tayındakı Yal Abyad şəhərində yaşayır.

“Yox, heç bir iş yoxdur. Mən səhərdən burada gözləyirəm. Mən hər bir işi görə bilərəm, amma iş tapmıram.”

Mərkəzdə yerləşən tərəvəz mağazasında iki ildir Deir əs-Zur şəhərindən qaçan Fəvaz iş tapıb. Evi ilə bağlı sual vərəndə o, çiyinlərini çəkir.

“Müharibə. Bu qədər. Orada dəqiq nə baş verdiyini bilmək olmur. Bildiyimiz yeganə şey isə müharibənin davam etdiyidir.”

Yaxınlıqdakı bərbərxanada İbrahim yerli sakin Əbdülqədirin saçını kəsir. İbrahim bu şəhərə köçən 90 min qaçqından biridir. O, digər qaçqınlara qarşı şəfqətlidir.

“Burdakı suriyalılar kasıbdırlar. Onlara kömək lazımdır. Onlar çoxdular və biz onlara kömək etməliyik.”

Məhəmməd və ailəsi bir neçə il bundan öncə Hələbdən qaçıb. O, şəhəri ilə bağlı qəmgindir.

“Hələb? Oradan yaxşı xəbər gəlmir. Döyüşlər, bombalamalar və atəş nəticəsində şəhər dağılıb.”

O, bir gün geri dönmək istəyir. Lakin vaxt keçdikcə və onun ailəsi burada məskunlaşdıqca, bu ethimal tədricən azalır.

XS
SM
MD
LG