Accessibility links

Suriyadan 250 min insan qaçıb

The U.N. refugee agency's special envoy, actress Angelina Jolie, speaks during a news conference with U.N. High Commissioner for Refugees (UNHCR) Antonio Guterres (L) at a refugee camp in Jordan, Sept 11, 2012.

Suriyadakı evlərindən didərgin düşən qaçqınların sayının 250 mini keçdiyini bildirən BMT bunu ölkədəki ən böyük böhran adlandırıb.

BMT qaçqınlar agentliyi bildirib ki, 85000 suriyalı İordaniyada, 78500 Türkiyədə, 67000 Livanda, 22500 isə İraqda qeydiyyatdan keçib.

Qaçqınlar Agentliyinin xüsusi elçisi aktrisa Ancelina Coli BMT qaçqınlar idarəsinin rəhbəri Antonio Quterres və İordaniyanın xarici işlər naziri Nasir Cude İordaniyanın Zaatari qaçqın düşərgəsini ziyarət edib.

Suriyadaki vəziyyəti dəhşətli situasiya adlandıran Angelina Coli ölkə üçün çox ağır vaxt olduğunu bildirib. o, dünya siyasətçilərini tezliklə bu vəziyyətlə bağlı addım atmağa çağırıb. Aktrisanın sözlərinə görə, ölkədə hər gün yüzlərlə insan həlak olur.
XS
SM
MD
LG