Accessibility links

Suriyanın rəqib döyüşçüləri Qazaxıstan müzakirələrinə qatılmaya bilər


Suriyanın rəqib döyüşçüləri Rusiyanın vasitəçiliyi ilə keçiriləcək Qazaxıstan danışıqlarına qatılmaya bilər. Belə ki, onlar Moskvanın Dəməşq hökumətinin atəşkəs razılığına əməl etməsini təmin etmədiyindən şikayətlənir.

Lakin adının açıqlanmasını istəməyən rəqib döyüşçülərdən biri gələn 2 gün ərzində hansısa nailiyyət qeydə alınsa, nümayəndə heyətinin müzakirələrdə iştirak edə bilcəyini deyib.

Suriyada sülhün bərpası üçün Astanada fevralın 15-i və 16-da keçiriləcək danışıqlara Suriya hakimiyyəti, silahlı müxalifəti, BMT-nin bu ölkə üzrə xüsusi səfiri Staffan de Mistura və amerikalı müşahidəçilər də dəvət olunub.

Qazaxıstan XİN-in yaydığı məlumata görə, danışıqlarda əsas məsələ atəşkəsin bərpası və Suriyanın bölgələrində stabillik yaradılması üçün konkret tədbirlər görülməsi olacaq.

Fevralın 20-də Cenevrədə də Suriya böhranı ilə bağlı danışıqlar keçiriləcək.

BMT-nin məlumatına görə, 6 ildir davam edən silahlı münaqişədə Suriyada 300 mindən çox adam ölüb.

XS
SM
MD
LG