Accessibility links

Suriya qoşunları Bənyas şəhərinə daxil olub


Suriya qoşunları Bənyas şəhərinə daxil olub

Suriya qoşunları Bənyas şəhərinə daxil olub

Suriya qoşunları hökumətə qarşı nümayişlər zamanı dörd etirazçının ölümü ilə nəticələnən qarşıdurmadan sonra sahilyanı Bənyas şəhərinə daxil olub. Şahidlər əsgərlərin bu gün səhər tezdən maşınlar və tanklarla şəhərə daxil olduqlarını və bəzi mövqeləri ələ keçirdiklərini deyirlər. İnsan haqları fəalları və şahidlər hökumət əleyhinə yürüş üçün dünən Əl-Rəhman məscidində toplaşan insanlara qarşı təhlükəsizlik qüvvələri və hökumətə sadiq silahlı şəxslərin hücumu nəticəsində dörd nəfər ölüdürlüb, onlarla insan yaralanıb. Dövlət mediasının məlumatında isə deyilir ki, Banyas şəhəri yaxınlığında təhlükəsizlik qüvvələrinə qarşı intiqam hücumu zamanı doqquz zabit öldürülüb.

Bu arada təhlükəsizlik qüvvələri tərəfindən Dəməşqdə tələbələrin təşkil etdiyi nümayiş dağıdılıb. Bir necə nəfər həbs edilib.

XS
SM
MD
LG