Accessibility links

Suriyada müvəqqəti atəşkəs əldə edilə bilər


BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi hökumət və bəzi rəqib döyüşçülərin Suriyada Qurban bayramı münasibəti ilə atəşkəs əldə edilməsinə razılıq verdiyini bildirib.

Bu gün Qahirədə müxbirlələ görüşən Brahimi deyib ki, atəşkəs daha uzunmüddətli sakitliyə nail olunmasına zəmin yarada bilər. Suriyanın Xarici İşlər Nazirliyi atəşkəsin şərtlərinin nəzərdən keçirildiyini və sabaha qədər cavab veriləcəyini bəyan edib.

Brahimi BMT-nin Təhlükəsizlik Şurasına Suriya prezidenti Əsəd və digər rəsmilərlə keçirdiyi danışıqlar barədə hesabat verməlidir.

Bu arada, Rusiya Suriyanın rəqib qüvvələrinin mobil yer-hava raketlərinə malik olduğunu və onların bir hissəsinin Amerikada istehsal edildiyini bildirib.

General Nikolay Makarov rəqib döyüşçülərin kim tərəfindən silahla təmin edildiyinin araşdırıldığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG