Accessibility links

Suriya hökuməti Qurban bayramı münasibəti ilə atəşkəsə razılıq verib. Atəşkəs cümə günündən bazar ertəsinədək qüvvədə olacaq.

Lakin hökumət terror aksiyalarının cavabsız qalmayacağı barədə xəbərdarlıq verib.

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi hökumət və bəzi rəqib döyüşçülərin Suriyada Qurban bayramı münasibəti ilə atəşkəs əldə edilməsinə razılıq verdiyini bildirib.

Cənab Brahimi deyib ki, atəşkəs daha uzunmüddətli sakitliyə nail olunmasına zəmin yarada bilər.

Elçi BMT Təhlükəsizlik Şurasına Suriya prezidenti Bəşar əl-Əsəd və digər rəsmilərlə keçirdiyi danışıqlar barədə hesabat verib.
XS
SM
MD
LG