Accessibility links

Suriya qüvvələri altı nümayişçini öldürüblər

  • Amerikanın səsi

Suriya qüvvələri altı nümayişçini öldürüblər

Suriya qüvvələri altı nümayişçini öldürüblər

Fəallar bildirirlər ki, dünəndən bəri Suriya təhlükəsizlik qüvvələri altı adamı qətlə yetirmiş, 20 nəfəri həbs etmişlər.

İraqla sərhəddə yerləşən Deir əl-Zur qəsəbəsində iki adam öldürülüb.

Dünən əsgərlər İdlib vilayətindəki Cabal əl Zaviyyə məntəqəsinə reyd zamanı dörd adamı öldürüblər. Bu ayın əvvəlində Türkiyə ilə sərhəddə yerləşən eyni məntəqədə üç adam prezident Bəşar əl-Əsədə sadiq qüvvələr tərəfindən qətlə yetirilmişdi.

Qətllər müstəqil media mənbələri tərəfindən təsdiq olunmayıb, çünki Suriya qaynar bölgələrə xarici jurnalistlər buraxmır.

Bu arada Ərəb Liqasının rəhbəri Nabil Əlarabi Suriya prezidenti ilə danışıqların ardınca ərəblərin daxili məsələlərinə xarici müdaxiləni pisləyib. Əlarabinin bəyanatı ABŞ-ın prezident Bəşar əl-Əsədə ünvanladığı sərt tənqiddən sonraya təsadüf edir.

XS
SM
MD
LG