Accessibility links

Suriya qüvvələri İdlib vilayətində reyd keçiriblər

  • Amerikanın səsi

Suriya qüvvələri İdlib vilayətində reyd keçiriblər

Suriya qüvvələri İdlib vilayətində reyd keçiriblər

Fəallar Suriya təhlükəsizlik qüvvələrinin İdlib adlı şimal-qərb vilayətinə reyd zamanı dörd admın qətlə yetirdiyini xəbər verirlər.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupuna məxsus fəallar əsgərlərin Türkiyə ilə sərhəddə Cabal əl Zaviya regionunda reyd keçirdiklərini bildirirlər.

Bu ayın əvvəlində qrup həmin regionda üç adamın öldürüldüyünü xəbər vermişdi.

Bu arada Ərəb Liqasının rəhbəri Nabil Əlarabi Suriya prezidenti ilə danışıqların ardınca ərəblərin daxili məsələlərinə xarici müdaxiləni pisləyib. Əlarabinin bəyanatı ABŞ-ın prezident Bəşar əl-Əsədə ünvanladığı sərt tənqiddən sonraya təsadüf edir.

XS
SM
MD
LG