Accessibility links

Suriya qüvvələri müxalifət döyüşçülərə qarşı hücumları davam etdirir

  • Amerikanın səsi

Suriya qüvvələri müxalifət döyüşçülərə qarşı hücumları davam etdirir. Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hökumət əsgərləri İdlib vilayətində kəndlərə hücum edərək, Azad Suriya Ordusunun döyüşçülərini ələ keçirməyə çalışır. Bir çoxlarını bu hücumların idlibin Homs vilayətinin Baba Əmr rayonunun aqibətinə bənzədəcəyi qorxudur.

Sabah isə Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan Suriyaya səfər etməlidir.

Kofi Annan Suriyanın silahlandırmasının ölkədə vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq verib. Annan deyib ki, Suriya böhranının həlli məqsədi ilə hədsiz gücdən istifadə edilməsi bütün regiona mənfi təsir bağışlaya bilər. BMT-nin sabiq baş katibi Əsəd hökuməti və müxalifəti döyüşləri dayandırıb, böhranın siyasi yolla həllinə çağırmalıdır.

Bu arada, BMT-nin bildirdiyinə görə, Suriya humanitar yardımlara maneəsiz imkan yaratmaqdan imtina edir. Təşkilatın humanitar yardımlar proqramının rəhbəri Valeri Amos Suriya rəsmilərinin hücumlara məruz qalan günahsız insanlar yardım çatdırılması razılığının nəzərdən keçirilməsi üçün əlavə vaxt istədiyini deyib. Türkiyə-Suriya sərhəd bğlgəsindəki qaçgın düşərgəsində olduqdan sonra Ankarada müxbirlərlə görüşən Amos bildirib ki, Suriya rəsmiləri zorakılıqlara məruz qalanlar haqda məhdud məlumat verir.

XS
SM
MD
LG