Accessibility links

Suriya qüvvələri paytaxtda sakitliyi qorumağa çalışır


Suriya təhlükəsizlik qüvvələri Dəməşqin qaynar civarında cəmləşərək müxalifət fəallarının nümayiş keçirməsinin qarşısını almağa çalışırlar. Polis dünən Mezze məhəlləsinə doluşaraq qətlə yetirilmiş fəalın dəfn mərasiminin siyasi aksiyaya çevrilməməsi üçün tədbirlər görüb.

Şənbə günü təhlükəsizlik qüvvələrinin öldürülmüş müxalifətçilərin dəfn mərasiminə toplaşanlara atəş açmasından sonra azı bir etirazçı həlak olub.

Dəfn mərasimi Suriya paytaxtında son 11 ayda Bəşar əl-Əsəd hakimiyyətinə qarşı təşkil olunan ən irimiqyaslı nümayiş idi.

Bütün Suriya boyu başqa bölgələrdə fəallar azı 14 adamın öldürüldüyünü xəbər verirlər. Suriya dövlət telviziyası məlumat verib ki, İdlib vilayətində silahlı şəxslərin dövlət ittihamçısını və hakimi aparan maşına hücum etməsi nəticəsində rəsmilər və onların sürücüsü ölüb.

XS
SM
MD
LG