Accessibility links

Suriya qüvvələri qəsəbələrə reydlər keçirir


Suriya qüvvələri qəsəbələrə reydlər keçirir
Suriya qüvvələri qəsəbələrə reydlər keçirir

Suriyalı hüquq müdafiəçiləri və sakinlər deyirlər ki, hökumət qüvvələri Livan sərhədi yaxınlığında yeləşən qəsəbədə reyd keçriblər və İraqla sərhəd yaxınlığındakı başqa qəsəbəni mühasirəyə alıblar.

Suriya əsgərlər zirehli maşınların müşayiəti ilə qərbdəki Zabadani qəsəbəsinə daxil olaraq 70 adamı saxlayıblar.

Əsgərlər habelə İraqla sərhəd yaxınlığındakı əl-Bukamal qəsəbəsində hökumətə qarşı nümayiş keçirən sakinlərə atəş açıblar. Azı bir nümayişçi öldürülüb. Fəallar deyirlər ki, bəzi əsgərlər nümayişçilərə atəş açmaqdan imtina etmiş və müxalifətə keçmişlər.

Suriya dövlətinə məxsus SƏNA xəbər agentliyi bildirir ki, terrorçu dəstələr əl-Bukamalda üç təhlükəsizlik əməkdaşını öldürüblər.

Bu arada tanınmış Suriya müxalifət xadiminin oğlu deyir ki, atasının Dəməşq civarındakı Qatana qəsəbəsinə reyd zamanı həbs olunub. 61 yaşlı Əli Abdullah may ayında dörd il həbsdə qaldıqdan sonra əvf olunmuşdu.

Suriya prezidenti Bəşar əl-Əsəd dörd aydır ki, 11 illik hakimiyyətinə qarşı etiraz dalğasını əzməyə çalışır.

Yüzlərlə suriyalı fəal İstanbulda bir araya gələrək əl-Əsədin hökumətinə demokratik alternativ yaratmağa səy göstərirlər.

XS
SM
MD
LG