Accessibility links

Suriya qüvvələri Rastan qəsəbəsinə daxil olublar


Suriya qüvvələri Rastan qəsəbəsinə daxil olublar
Suriya qüvvələri Rastan qəsəbəsinə daxil olublar

Suriya təhlükəsizlik qüvvələri qaynar Rastan qəsəbəsinə daxil olduqdan sonra ərazidə partlayış və pulemyot səsləri eşidilib.

Hüquq müdafiəçiləri deyirlər ki, qüvvələrin qəsəbəyə daxil olması nəticəsində azı 20 adam yaralanıb. Bu qəsəbə Həma və Homs şəhərləri arasında yerləşir.

Bu region prezident Bəşar əl-Əsəd hökumətinə qarşı etiraz aksiyalarının episentrində dayanır.

Hərbi əməliyyat Suriya xarici işlər naziri Valid Muallimin BMT Baş Assambleyasındakı çıxışında ABŞ və Avropa İttifaqını Suriyada qarşıdurmanı qızışdırmaqda ittiham etməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG