Accessibility links

Suriya qüvvələri sərhəd məntəqəsinə nəzarəti gücləndirib


Suriya qüvvələri sərhəd məntəqəsinə nəzarəti gücləndirib

Suriya qüvvələri sərhəd məntəqəsinə nəzarəti gücləndirib

Suriya təhlükəsizlik qüvvələri tankların müşayiəti ilə Cisr əl-Şuğur sərhəd məntəqəsində nəzarəti gücləndiriblər. Bu arada Türkiyəyə daxil olan qaçqınların sayı 4000-ə çatıb.

Şahidlər əsgərlərin şəhərə gedən yolları bağladıqlarını xəbər verirlər. Hökumət silahlı dəstələri 120 əsgəri öldürməkdə ittiham edərək “qəti tədbirlər” görəcəyini bəyan edib.

Dövlətə məxsus media xəbər verir ki, ordu bölmələri iki silahlı dəstənin üzvlərini həbs ediblər. Xəbərdə hökumət qüvvələriin xeyli həcmdə silah-sursat müsadirə etdikləri bildirilir.

Dünən bütün Suriya boyu 32 nümayişçinin öldürüldüyü xəbər verilir. Deyilənlərə görə Latakiyada yeddi nümayişçi Bəşar Əsədin nəhəng portretini cırmağa çalışarkən güllələnib.

XS
SM
MD
LG