Accessibility links

Suriyanın müxalifət fəalları prezident Bəşər Əl-Əsəd rejimini Hələb şəhərinə raket atmaqda ittiham edir.

Fəallar deyir ki, raket Cabal Badro rayonuna düşüb.

Londonda yerləşən Suriya İnsan Hüquqlarnın Müşahidəsiı təşkilatı və Hələb media mərkəzi Assoşeyted Pressə bildirib ki, raketin patlaması nəticəsində 8 insan həyatını itirib. Hələbdən müxalifət fəalının Reutersə bildirdiyinə görə, uşaqlar da daxil olmaqla, 20 nəfər ölüb. O deyib ki, 25 insan isə hələ də dağıntilar altındadır.

Internetdə yerləşdirilən videoda qonşu sakinlərin dağıntılar altından bir nəfərin çıxardıdığı göstərilir.
XS
SM
MD
LG