Accessibility links

Suriyada koalisiya qüvvələrinin hava hücumu zamanı 23 İŞİD yaraqlısı qətlə yetirilib


Suriyanın şərqində ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları nəticəsində İslam Dövləti qrupunun azı 23 yaraqlı qətlə yetirilib. Hücum bir neçə nəfəri yaralayıb.

Koalisiya rəsmilərinin açıqladığı bəyanatda bildirilib ki, hava hücumları Raqqa şəhərində və onun ətrafında İslam Dövləti qrupunun istifadə etdiyi binalar və tranzit yolları hədəf alıb.

Koalisiyanın sözçüsü polkovnik-leytenant Tomas Qilleran deyib ki, əhəmiyyətli hava hücumları yaraqlıların Suriya ərazisində və İraqda hərbi imkanlarının qarşısını almaq məqsədi daşıyır.

Ölən və yaralananlar haqda məlumat Suriya İnsan Haqlarını Müşahidə qrupu tərəfindən verilib.

İslam Dövləti qrupu ilə bağlı veb səhifədə 10 nəfərin öldüyü, onlarla insanın yaralandığını bildirilib.

Bu arada Hurriyet qəzeti yazıb ki, Türkiyənin ordu komandirləri Suriya sərhədindən müdaxilə məsələsini müzakirə edir.

Ankara ötən həftə sərhəd boyu hərbi mövcudluğunu gücləndirmək məqsədi ilə ərazidə əsgəri qüvvə, tank və raket əleyhinə qurğuların sayını artırıb.

Bu, Türkiyənin gələcəkdə ABŞ-ın İslam Dövləti qrupunun yaraqlılarına qarşı başçılıq etdiyi koalisiyada rol u ilə bağlı suallar yaradıb.

XS
SM
MD
LG