Accessibility links

Suriya Ərəb Liqasına etiraz edir

  • Amerikanın səsi

Səsvermənin ardınca Əsəd rejiminin tərəfdarları Ərəb Liqasına qarşı nümayiş keçiriblər

Səsvermənin ardınca Əsəd rejiminin tərəfdarları Ərəb Liqasına qarşı nümayiş keçiriblər

Suriya Ərəb Liqasının onun mandatını müvəqqəti almaqla “təhlükəli addım” atdığını bəyan edib. Liqa şənbə günü Bəşar əl-Əsəd hökumətinin dinc nümayişçilərə divan tutmasına etiraz əlaməti olaraq Suriyanın Ərəb Liqasındakı imtiyazlarını müvəqqəti dayandırıb.

Mətbuat konfransında çıxış edən xarici işlər naziri Valid əl-Muallem şənbə günü səserməsini qeyri-qanuni adlandırıb. Belə ki, onun sözlərinə görə, qətnamə bütün üzvlərin təsdiqini almayıb. Səudiyyə Ərəbistanı və Qatarın rəhbərliyi altında 18 ərəb dövləti Suriyaya qarşı irəli sürülən ölçüyə səs veriblər.

Suriya, Livan və Yəmən qətnamənin əleyhinə səs veriblər. İraq bitərəf qalıb.

Qətnamədə deyilir ki, əgər Dəməşq Ərəb Liqası ilə əldə olunmuş sülh sazişinin şərtlərinə əməl etməsə, onda çərşənbə günündən başlayaraq onun üzvlük imtiyazları əlindən alınacaq.

XS
SM
MD
LG