Accessibility links

Suriya Ərəb Liqasının planını rədd edib


Suriya Ərəb Liqasının planını rədd edib
Suriya Ərəb Liqasının planını rədd edib

Suriya hökuməti Ərəb Liqasının prezident Bəşər əl-Əsədin hakimiyyəti müavininə təhvil vermək planından imtina edərək, Ərəb Liqasını Suriyanın daxili məsələlərinə müdaxilədə ittiham edib. Suriya dövlət televiziyası hökumət rəsmilərinin təklif edilmiş təşəbbüsdən imtina etdiyini bildirib. Bir gün əvvəl Ərəb Liqasının xarici işlər naziri Suriya hökumətini iki həftə ərzində müxalifət qüvvələri ilə dialoq qurmağa və iki ay ərzində yeni hökumət yaratmağa çağırıb.

Qətərin baş naziri və xarici işlər naziri Həməd bin əl-Tani liqanın təşəbbüsü BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyini və təsdiqini istəyəcəyini bildirib.

Bu arada Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl-Faisal müşahidəçilərini Suriyadan çıxaracağını elan edib. O deyib ki, buna səbəb Suriya hökumətinin 10 ay davam edən zorakılığa son qoymaq üçün Ərəb Liqasının planına hörmətlə yanaşmaması olub.

XS
SM
MD
LG