Accessibility links

ABŞ Müdafiə naziri Leon Panetta deyib ki, Dəməşqdə yüksək səviyyli rəsmilərin ölümünə səbəb olmuş bomba hücumları Suriyada vəziyyətin sürətlə nəzarətdən çıxdığını göstərir.

Panetta beynəlxalq ictimaiyyəti Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi üçün maksimum təzyiq göstərməyə çağırıb.

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva BMT-nin Suriyaya qarşı sanksiyaların tətbiq etilməsinə çağıran qətnaməsini inqilaba dəstək hesab edərək, onu təsdiq etməyəcək.

BMT Təhlükəsizlik Şurasının üzvlri qətnaməyə səs verməlidir. Rusiyanın təkflif etdiyi sənəddə sanksiyalar nəzərdə tutulmayıb.
XS
SM
MD
LG