Accessibility links

Suriyalı döyüşçü qaçqınlar İordaniyada [Video]


Suriyalı döyüşçü qaçqınlar İordaniyada
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Suriyalı döyüşçü qaçqınlar İordaniyada

Düşərgələrdəki həmkarlarından fərqli olaraq, onlar prezident Bəşar əl Əsədin hakimiyyətdən gedəcəyini gözləmək niyyətində deyillər

İordaniyadakı qaçqınların çoxu münaqişənin sona çatmasını gözləyir. Onlar Bəşar əl-Əsədin hakimiyyətdən devriləcəyi təqdirdə evlərinə qayıdacaqlarını bildirirlər. Lakin onun gedəcəyinə əmin olmaq üçün az sayda cavan oğlan tezliklə geri qayıdacağını deyir.

İordaniyanın paytaxtı Əmmandakı özəl mülkdə suriyalı kişilər vətənlərindəki münaqişədən tənəffüs götürərək yeyib-içib dincəlir.

Lakin bunlar adı qaçqınlar deyil.

“Onlar onun ayağından yaralayıblar. O, nə tərpənə bilir, nə də gəzə bilir.”- deyə təşkilatçı Yaşar Oveyir bildirdi.

Onların çoxu prezident Bəşar əl-Əsədin qüvvələrinə qarşı döyüşlərdə yaralanıb.
Onlardan biri çiynindən yaralanıb, digəri ayağından, o biri döyüşçü isə bir gözünü itirib.

Yaşar Oveir İordaniyadakı özəl donorların yardımı ilə bu bərpa evinin fəaliyyət göstərməsinə yardım edir.

“Onlar Suriya yaralılarıdır. Onlar keçən il və bu il gəliblər. Bizdə təxminən 20 suriyalı yaralı var.”- deyə təşkilatçı Yaşar bildirir.

Qaçqınların çoxu BMT-dən yardım almaq üçün qeydiyyatdan keçir. Lakin bu adamlar sistemdən kənarda qalıb. Andrü Harper İordaniyada BMT-nin qaçqın proqramını həyata keçirir.

“Əgər biz insanların hərbi keçmişə malik olduqlarını biliriksə və ya təbiət etibarilə 100 faiz mülki vətəndaş deyillərsə, onların işini nəzərdən keçirərək onlara mütləq şəkildə qaçqın statusu və ya sertifikatı vermirik.”- deyə BMT-nin İordaniyada qaçqın proqramının rəhbəri Andrü Harper bildirir.

Evlərində hərbi nizam intizam olmamasına baxmayaraq, bu insanlar döyüşçü kimi öz mövqeləri ilə fəxr edirlər. Düşərgələrdəki öz həmkarlarından fərqli olaraq, onlar prezident Bəşar əl-Əsədin hakimiyyətdən gedəcəyini gözləmirlər, bunu həyata keçirməyə çalışırlar.

Üsyançılara qoşulmaq üçün Suriya ordusunu tərk edən Loai İsmayıl keçmiş həmkarları ilə toqquşma zamanı yaralanıb.

"İnşallah, mən geri dönəcəm, yaram sağalan kimi Azad Ordu ilə birlikdə geri qayıdıb bu xain Əsədin ordusuna qarşı müqavimət göstərərik, İnşallah!"- deyə İsmayıl bildirib.

Hansı tərəfin udmasından asılı olmayaraq, bəzi suriyalılar qələbəyə inanmır. Dəymiş ziyan çox böyükdür. Bu gün bu evdə gənc oğlan Yaşar Oveirin oğlu ilə birlikdə bacardığı qədər yaxşı oynamağa çalışır. O, yaralandığı hücumu xatırlayır.

“Biz evdə idik, sonra mərmi düşdü və mənim atam şəhid oldu.”- deyə Suriyanın Dəra şəhərindən olan yaralı qaçqın uşaq bildirir.

O, İordaniyada müalicə olunur, lakin bəzi yaralar heç vaxt sağalmaya bilər.
XS
SM
MD
LG