Accessibility links

Suriyanın rəqib qruplaşmaları arasında qızğın döyüşlər gedir


Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Suriyanın rəqib qruplaşmaları arasında qızğın döyüşlər nəticəsində onlarla adam öldürülüb.

On minlərlə insan bir neçə gün davam edən qarşıdurmalar səbəbi ilə evlərini tərk etməli olub.

Əl-Qaidədən ayrılan İraq İslam Dövləti, Levant və Nüsrə Cəbhəsinin yaraqlıları hökumət qüvvələrinin əlindən alınan ərazi uğrunda mübarizə aparır.

Müşahidə qrupu Əbriha və Əl-Busaraya şəhərləri uğrunda döyüşlırdə 62 döyüşçünün həlak olduğunu bildirir.

Eyni zamanda Homs şəhərində rəqib döyüşçülər və mülki vətəndaşların hökumətin ələ keçirdiyi bölgələri tərk etməsinə imkan yaradılıb.

Bu gün Suriyanın Konstitusiya Məhkəməsi prezident Əsəd və digər iki namizədin iyun ayının 3-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyi barədə qərar çıxarıb. Məhkəmə yarışlara qatılmaq istəyən 24 namizəddən yalnız bu 3-nün qanuni tələblərə cavab verdiyini bəyan edib.

2011-ci ildən Suriyada gedən vətəndaş müharibəsi 150 min insanın ölümünə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG