Accessibility links

Dünya qüdrətləri Suriyada zorakılıqlara son qoyulması səylərində iki cəbhəyə ayrılıb


Dünya qüdrətləri Suriyada zorakılıqlara son qoyulması səylərində iki cəbhəyə ayrılıb. Rusiya, Çin, İran Əsəd rejimini, Körfəz ərəb ölkələri, Britaniya, Fransa və ABŞ rejimin opponentlərini dəstəkləyir.

Vaşinqtonda yerləşən CATO institutunun təhlilçisi Malou İnnosent bildirir ki, Suriyada münaqişə davam etdikcə parçalanma da dərinləşəcək. “Qərb müttəfiqləri, habelə Qətər və Səudiyyə Ərəbistanı Əsədin getməsinin tərəfdarıdır. Lakin onun müttəfiqləri Əsədin qalmasında maraqlıdır.”

Çin və Rusiya dəfələrlə BMT-nin ölçülərinə veto tətbiq edib. Çinin xarici işlər naziri Yang Tsiechi Suriyada siyasi keçid prosesinə dəstək verildiyini bildirərək, qərarın Suriya xalqının verməli olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Hillari Klinton siyasi dəyişikliyin nəticələrinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq verib. “Qətiyyətsizliklə qəbul edilən qətnamələrin heç bir mənası yoxdur. Biz görümüşük ki, Əsəd bunlara əhəmiiyyət vermədən, öz xalqına divan tutur.”

Rusiyanın xarici işlər naziri Seget Lavrov Obama administrasiyasının Suriya ilə bağlı tək hərəkət etdiyini və sanksiyaları qəbuledilməz hesab edənləri günahlandırmaq iqtidarında olmadığını deyib. “Sanksiyaları dəstəkləyənlər Çin və Rusiyanın beynəlxalq ictimaiyyətin birliyinə müqavimət göstərdiyini düşünür. Lakin təkbaşına iş görən bu birlikdən tələb kimi istifadə edib, kimisə nəyəsə dəstək verməyə məcbur edə bilməz.”

BMT-nin Baş Assambleyasının toplantısı ərəfəsində dövlət katibi Klintonun Rusiya və Çin prezidentləri Vladimir Putin və Hu Tsuntao ilə müzakirələri nəticə verməmişdi. Lakin o,Əsəd rejiminin devrilməsindən sonra Suriyanın demokratik proseslərinə birlikdə dəstək verəcəklərinə ümid bəslədiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG