Accessibility links

Beynəlxalq diplomatlar Suriyada sülh razılığı əldə etməkdə çətinlik çəkir [Video]


Beynəlxalq diplomatlar Suriyada sülh razılığı əldə etməkdə çətinlik çəkir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

ABŞ dövlət katibi Con Kerri Cenevrədə beynəlxalq diplomatlarla görüşərək Suriya hökumət qüvvələrinin Hələb şəhərində həyata keçirdiyi hava hücumlarına son qoyulmasını müzakirə edir. Zorakılığa son qoymaq üçün Rusiyaya təziqləri artıraraq, onun Suriya prezidenti Bəşər Əl-Əsədə təsir göstərməsinə səy göstərilir. Hələb şəhərində son on gündə 250-yə yaxın insan həlak olub. Suriya ordusundan verilən məlumata əsasən Dəməşq və Latakia vilayətlərində hücumların dayandırılmağı müvəqqəti planlaşdırsa da, bu, Hələbdə baş verməyəcək.

Kerri bildirib ki, Hələbdə qanlı döyüşlərin dayandırılması əsas prioritetdir. Qurbanların çoxu mülki vətəndaşlardır. Xəstəxanalar və səhiyyə mərkəzləri də hədəf mərkəzinə çevrilib. Sərhədsiz Həkimlər təşkilatının dəstəklədiyi xəstəxananın bomba hücumuna məruz qalması beynəlxalq tənqidlərə səbəb olub. Lakin buna baxmayaraq hava hücumları davam etməkdədir.

“Mərkəzdə çoxlu klinikalar var, qadın klinikası, diş həkimi, uşaqlar üçün klinika. Bununla yanaşı, aptek də mövcuddur. Bura hava hücumuna məruz qalıb və biz təmir edənədək fəaliyyəti dayandırılıb.”

İordaniyalı həmkarı ilə birgə çıxış edən ABŞ dövlət katibi Rusiyanı vəziyyəti sakitləşdirmək üçün səy göstərməyə çağırıb.

Con Kerri: “Çox kritik vaxtdır. Biz Rusiyanın əməkdaşlığını gözləyirik. Suriya hökumətinin Rusiyaya qulaq asacağına və BMT Təhlükəsizlik Şurası vasitəsi ilə beynəlxalq ictimaiyyətə açıqlama verəcəyinə inanırıq”.

Əsəd rejiminin rəsmiləri bildirir ki, onlar Əl-Nüsra terrorçularını hədəf alır. Çünki onlar hökumətin nəzarət etdiyi əraziləri raket və artilleriya atəşinə tuturlar.

ABŞ rəsmiləri bunu təkzib edir və deyir ki, hücumlar bilərəkdən mülki vətəndaşları və dinc əhalini hədəf alır.

Papa Fransis bazar günü tərəfləri dialoq qurmağa çağırıb və bunun sülhə aparan yeganə yol olduğunu deyib.

Papa Fransis: “Mən Suriyadan gələn faciəvi xəbərlərə çox üzülürəm. Ölkədə zorakılıq getdikçə artır. Hələbdə günahsız insanlar, uşaqlar qurbana çevrilir. Bəziləri böyük fədakarlıq göstərərək digərlərinə yardım göstərir”.

Son sülh danışıqları səylərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak etməməsi müzakirələri ciddi mənfi təsir göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG