Accessibility links

ABŞ və Rusiyanın başçılığı ilə Suriyada əldə olunan atəşkəs razılığı ikinci günü sakitlik qorunur.

Atəşkəs bazar ertəsi günü qüvvəyə minib.

Bəzi üsyançı qüvvələrin liderləri razılaşmanı tənqid edib və bunun davam edəcəyinə inanmadıqlarını, prezident Bəşər Əl-Əsədi hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı siyasi danışıqların aparılacağına ümid etdiklərini bildiriblər.

Razılaşmaya əsasən Hələb ərazisinə humanitar yardım, ərzaq və tibbi ləvazimatların çatdırılması nəzərdə tutulur.

Əgər atəşkəs bir həftə davam etsə, Birləşmiş Ştatlar və Rusiya birgə İslam Dövləti qrupuna və əl-Nüşra cəbhəsinə qarşı hərbi əməliyyatlar aparmağı planlaşdırır.

Beş ildir davam edən Suriya vətəndaş müharibəsi yüz minlərlə insanın həyatını itirməsinə və 12 miliyon insanın didərgin düşməsinə səbəb olub.

ABŞ dövlət katibi Con Kerri bildirib ki, bu, beş ildir davam edən vətəndaş müharibəsinə son qoymaq üçün son imkan ola bilər.

XS
SM
MD
LG