Accessibility links

Suriya ABŞ və Rusiyanın atəşkəs planını qəbul edib


Suriya rəsmiləri ABŞ və Rusiya tərəfindən şənbə günü təklif edilmiş atəşkəs planını qəbul etdiyini bildirib.

Suriya hökuməti bildirib ki, hərbi qüvvələr İŞİD və Əl-Qaidə ilə əlaqədar qruplara qarşı hərbi əməliyyatlarını davam etdirəcək.

Moskvada çıxış edən Rusiya prezidenti Vladimir Putin müxbirlərə ABŞ-Rusiya razılığına sözü gedən qrupların daxil olmadığını bildirib.

“Müxalifət Suriya Ərəb Respublikasına və onların dəstəklədiyi qruplara qarşı döyüşləri dayandıracaq. İŞİD, Əl Nüsrə Cəbhəsi və BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar kimi tanınan digər digər qruplar razılıqdan tamamiilə xaricdir. Bu qruplara qarşı hücumlar davam edəcək.” - deyə, Putin bildirib.

Vaşinqtonda çıxış edən ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, atəşkəsə nəzarət etmək çətin olacaq.

Dəməşq küçələrində sakinlər atəşkəsə ümidlə baxsa də, bəziləri planın uğuruna o qədər də nikbin yanaşmır.

BMT və Rusiya bildirib ki, plana əsasən gücdən yalnız özünü müdafiə məqsədi ilə istifadə ediləcək və humanitar qrupların mühasirədə olan ərazilərə məhdidiyyətsiz yardım çatdırmasına imkan veriləcək.

Suriyanın aparıcı müxalif Ali Müzakirələr Komitəsi mühasirələrə son qoyulması, humanitar yardımn çatdırılması və mülki vətəndaşların yaşadığı ərazilərin bombalanmasının dayandırılması kimi tələblərinin yerinə yetirildiyi halda atəşkəsə razı olduğunu bildirib.

XS
SM
MD
LG