Accessibility links

Yaraqlılar Rusiyanın Dəməşqdəki səfirliyini raket atəşinə tutub. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hadisəni terror aktı adlandıraraq, bunun İslam Dövləti qrupuna qarşı mübarizəni dəstəkləyənləri qorxutmaq məqsədilə edildiyini bildirib.

Səfirliyin binasına iki raket yüzlərlə insanın Rusiyanın Suriyada iki həftədir davam edən hərbi kampaniyasına dəstək olaraq yürüş keçirdiyi zaman atılıb.

Dəməşqdə Rusiyanın Suriyada hərbi hava kampaniyasına dəstək nümayişinin iştirakçısı

Dəməşqdə Rusiyanın Suriyada hərbi hava kampaniyasına dəstək nümayişinin iştirakçısı

​Tələfatlar barədə məlumat verilməyib.

Raket hücumu Rusiyaya əleyhinə yeganə reaksiya deyil. Rusiyanın təhlükəsizlik orqanlarının rəsmiləri bazar ertəsi Moskvanın nəqliyyat sistemində terror hücumu planlaşdıran bir qrup insanın həbs edildiyini bildirib. Onların İslam Dövləti qrupu ilə əlaqələri olduğu haqda məlumat verilib.

Eyni zamanda, Suriyada Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nusra Cəhbəsinin başçısı Əbu Məhəmməd Əl-Colani Qafqazdakı yaraqlıları Moskvanın hava hücumları kampaniyasının əleyhinə qalxaraq ruslara hücum etməyə çağıran audio mesajla çıxış edib.

Bu arada, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Rusiya və ABŞ rəsmiləri arasında anlaşmanın əldə edilməsi və Suriya münaqişəsinə son qoymaq üçün siyasi prosesin davam etdirilməsi məqsədilə Rusiyada danışıqlar aparır.

Moskva və Vaşinqton arasında Suriyada rolla bağlı fikir ayrılığı mövcuddur. Steffan de Mistura ABŞ-da danışıqlar aparmaq məqsədilə Vaşinqtona səfər edəcək.

XS
SM
MD
LG