Accessibility links

Suriya höküməti danışıqlarda iştirak etməyə razılıq verib


Suriya ilə bağlı beynəlxalq konfrans gələn ay Cenevrədə keçiriləcək

Rusiya Suriya hökümətinin ölkəsinin gələcəyi üçün beynəlxalq sülh konfransında iştirak etməyə razılıq verdiyini deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Suriya ABŞ və Rusiyanın təşəbbüsü ilə gələn ay Cenevrədə keçiriləcək konfransda iştirak edəcək.
Ancaq o, hələlik dəqiq gün müəyyən etmək imkanının olmadığını deyib. Çünki Suriya müxalifəti tərəfindən danışıqlarda kimin iştirak edəcəyi məlum deyil.

Cümə axşamı Suriya müxalifətinin əsas fiqurlarından biri müharibədən sarsılmış ölkəsi üçün keçid planı təklif edib. Plana görə prezident Bəşər Əl-Əsəd hakimiyyəti baş yardımcısına təhvil verərək ölkəni tərk etməlidir. Suriya Milli Koalisiya hərəkatının başçısı Muaz Əl-Xatib planı öz Facebook səhifəsində yayıb.

Suriya Milli Koalisiya hərəkatı ABŞ-Rusiyanın təşəbbüsü ilə keçiriləcək sülh konfransında iştirak edib-etməyəcəyini müəyyən etmək üçün İstanbulda üç günlük görüş təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG