Accessibility links

Suriya müxalifəti Səudiyyə Ərəbistanından silah gözləyir


Suriya hökümət qüvvələri strateji Homs şəhərini ağır artilleriya atəşinə tutub. Onlar müxalifət qüvvələrinin nəzarətində olan şimal bölgəni ələ keçirmək üçün 10-cu gündür ki mübarizə aparırlar.

Britanyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə təşkilatının verdiyi xəbərə görə Bab Hud və əl-Safsafa əyalətləri həmçinin ağır artilleriya hücumuna məruz qalıb. Media və təhlükəsizlik məhdudiyyətləri itkilər haqda məlumat əldə edilməsi çətinləşdirir.

Suriya Milli Koalisiya təşkilatının yeni seçilmiş rəhbəri Əhməd Carba Reuters xəbər agentliyinə bildirib ki, Səudiyyə Ərəbistanı tərəfindən göndərilən silah yardımının tezliklə müxalifət qüvvələrinə çatacağına ümid edir.

Səudiyyə Ərəbistanı ilə sıx əlaqələri ilə tanınan Carba deyib ki, müxalifət qüvvələri gücləndirilmədək ABŞ və Rusiya tərəfindən Cenevrədə təşkil olunan sülh konfransında iştirak etməyi düşünmür.

Rusiya xarici işlər nazirliyinin rəsmiləri bildirib ki, Carbanın şərhləri münaqişənin siyasi yolla həllinin baş tutmasını sual altına alır. O, müxalifəti sülh konfransında iştirak etməyə çağırıb.
XS
SM
MD
LG