Accessibility links

Rusiyanın İran hərbi bazasından Suriyaya hava hücumları həyata keçirməsi ABŞ və onun regiondakı müttəfiqlərini narahat edib. Amma hazırkı vəziyyətdə Suriya rejiminin taleyi ilə bağlı narahatlıqlar Moskva və ya Tehranın hansısa mesaj göndərməsindən daha real görünür.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, onun döyüş təyyarələri İranın Həmədan hava bazasından havaya qalxaraq Hələb, Deir El Zor və İdlib şəhərində İŞİD yaraqlılarını hədəf alır.

ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın Suriya vətəndaş müharibəsində artmaqda olan müdaxiləsinə dair narahatlığın mövcud olduğunu bildirib.

Hava hücumları Suriya prezidenti Bəşar Əl-Əsədə sadiq qüvvələrin mövqelərini möhkəmləndirmək səylərinin yalnız bir hissəsidir.

Rusiya və İranı Hələb şəhərində üsyançıların hücumlarını narahat edir. Ötən həftələr intensiv döyüşlərin getməsinə baxmayaraq, bu hücumlar nəticəsində ölkənin cənub və şərqində üsyançılar rejim qüvvələrini üstələyib.

Rusiya qüvvələri ötən ilin sentyabr ayından bəri Əsəd qüvvələrini dəstəkləmək məqsədi ilə Suriyada hava hücumları həyata keçirir.

XS
SM
MD
LG