Accessibility links

ABŞ Suriyanın Vaşinqtondakı səfirliyinin fəaliyyətini dayandırır


Daniel Rubinşteyn

Daniel Rubinşteyn


ABŞ rəsmiləri Suriyanın Vaşinqtondakı səfirliyinin fəaliyyətini dayandırmasını istəyib. Rəsmilər ABŞ vətəndaşlığı və Amerikada daimi yaşayış icazəsi olmayan Suriya diplomatlarının ölkəni tərk etməli olduğunu deyib.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Daniel Rubinşteyn bu addımlarla bağlı bu gün açıqlama verib. O deyib ki, bu addımlar Suriya səfirliyinin konsulluq şöbəsinin xidmətlərini dayandırması və Əsəd rejiminin Suriya xalqına qarşı qəddar əməlləri ilə əlaqədar olaraq atılır.

Lakin Rubinşteyn ABŞ-ın Suriya xalqı ilə uzun zamandır yaradılmış əlaqələrin davam etdirilməsi məqsədilə ölkə ilə diplomatik münasibətlərin davam etdirilməsini istədiyini bildirib.

Bu arada, BMT Suriyada bu həftə qəddar zorakılıqların növbəti dalğasından sonra hər iki tərəfdə müharibə cinayətlərində şübhəli bilinənlərin siyahısına yeni adların əlavə edildiyini bildirib.
XS
SM
MD
LG