Accessibility links

Save The Children qrupu Suriyada münaqişənin uşaqlara acınacaqlı təsiri barədə xəbərdarlıq verir. Təşkilat onların hücumların hədəfi və ailə üzvlərinin qətllərinin şahidi olduğunu bildirir.

Qurum uşaqların dəhşətli zorakılıqlara məruz qaldığını diqqətə çatdıraraq, onların təcili müdafiəyə ehtiyacı olduğunu bildirir.

Dünən Suriyada vəziyyəti təsvir edən BMT və Ərəb Liqasının Suriya üzrə elçisi böhranın aradan qaldırılması üçün bir neçə həll yolu təklif edib.

Laxdar Brahimi BMT-nin Təhlükəsizlik Şurası qarşısında verdiyi açıqlamada Suriyada vəziyyətin olduqca pis olduğunu və getdikcə daha da pisləşdiyini deyib. Brahimi münaqişənin həm region, həm də dünya üçün təhlükə yaratdığını dilə gətirib.

O, böhrana nəzarəti ələ almaq üçün müəyyən fikirlərinin olduğunu, lakin buna dair plan üzərində işləməli olduğunu deyib.
XS
SM
MD
LG